Məhəmməd Əli əl-Husi: "Biz şou və ya təbliğat yox, real sülh istəyirik"

Məhəmməd Əli əl-Husi:

“Əgər bu koalisiya Yəməndən çıxmaq istəyirsə, yol açıqdır"

Az.rasthaber.com xəbər verir ki, bunu Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi işğalçı Səudiyyə koalisiyasına ünvanladığı mesajda bildirib.

Daha sonra Məhəmməd Əli əl-Husi bildirib:

"Hərbi tərəqqi və hökumətin bütövlüyü və birliyi Yəmən xalqının sabitlik və müqavimətinin əlamətlərindəndir. 

Ənsarullah heç vaxt sülhün qarşısına qeyri-mümkün bir şərt qoymayıb.

Bu, sülh üçün real baxışı və planı olmayan işğalçı koalisiyadır və biz şou və ya təbliğat yox, real sülh istəyirik.

Hamı bilir ki, Yəməndəki hücumların əsas səbəbi Amerikadır və BMT nümayəndəsinin göndərilməsi bu faktı ört-basdır etmək üçün hiylədən başqa bir şey deyil.

Yəmənin mühasirəsini qaldırmadan düşmənlə atəşkəsi saxlamaq mümkün deyil”.

Nəhayət, Məhəmməd Əli Husi vurğulayıb ki, Yəmən hökuməti öz millətinin qanuni hüquqlarına sadiqdir və düşməni bu ölkənin ərazisindən çıxarmaq niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR