Məhkəmə Qazaxıstanın sabiq müdafiə naziri barəsində ilkin qərar verdi

Məhkəmə Qazaxıstanın sabiq müdafiə naziri barəsində ilkin qərar verdi

Qazaxıstanın sabiq müdafiə naziri Murat Bektanov həbs olunub.

Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, sabiq nazir bir müddət əvvəl yanvar hadisələri zamanı fəaliyyətsizlik ittihamı ilə saxlanmışdı.

 Nur-Sultan xüsusi məhkəməsi M.Bektanov barədə iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Məhkəmə işinin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, bu il yanvar ayında Qazaxıstanın iri şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Aksiyalar iğtişaşlara çevrildikdən sonra ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri daxil olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR