Məhkəmə İclası keçirildi: Ruhullah Novruzzadəyə HÖKM OXUNDU

Məhkəmə İclası keçirildi: Ruhullah Novruzzadəyə HÖKM OXUNDU

R. Novruzzadə ötən ilin yanvarın 31-də həbs olunub.

Yeniləndi: Rasthaber İslamazeri.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruhullah Novruzzadənin növbəti məhkəmə iclası  keçirilib. Hakim ona R.Novruzzadəyə 3 il həbs verib.

 

Yaxınlarının bildirdiyinə görə, ona bu prosesdə hökm oxuna bilər.

Qeyd edək ki,  R.Novruzzadə də məhkəmədə çıxış edəcək.

Ruhullah Novruzzadə İranın Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub.

O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

R. Novruzzadə ötən ilin yanvarın 31-də həbs olunub.

O Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.

Xəbəri paylaş

VİDEOLAR