Hacı İlham Əliyevə cinayət məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb.
Rasthaber Azərbaycan İslaminSesi-nə istinadən xəbər verir ki, DXT tərəfindən saxlanılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Prosesə hakim Anar Tanrıverdiyev sədrlik edib.
Hacı İlham Əliyevə cinayət məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bu barədə Hacı İlham Əliyevin ailəsinə məlumatı dövlət tərəfindən təyin olunan 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasova verib.
İslaminSesi yazır ki, AİP -in sədr əvəzi Hacı İlham Əliyevin şəxsi vəkili Osman Kazımov məsələ ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib.
Vəkilin açıqlamasından sonra ictimaiyyətə geniş məlumat veriləcək.