"Əl Mustafa" Beynəlxalq Universitetinin nəzdində "Məhdəviyyət" mövzusunda onlayn dərsləri başlayır.
Rasthaber Azərbaycan xəbər verir ki, Berlin İmam Rza Mərkəzinin müəllimi, höccətülislam vəl muslimin Şeyx Səbahətdin Türkyılmazın "Əl Mustafa" Beynəlxalq Universitetinin Türkiyə təmsilçiliyinin nəzdində "Məhdəviyyət" mövzusunda onlayn dərsləri başlayır. Dərslər 5 həftə cümə günləri saat Azərbaycan saatı ilə 22:00-dan 00:00-a qədər davam edəcək.
Dərsə qatılmaq üçün Adobe Connect proqramını endirməyiniz lazımdır.
Proqramı endirdikdən sonra aşağıdakı linkdən istifadə edərək dərsə qatıla bilərsiniz.
Qeyd edək ki, Şeyx Səbahətdin Türkyılmaz "Mehdilik Doktrini" kitabının müəllifidir.