Medvedev: Qoca Bayden huşsuzluqdan dünya müharibəsi başlada bilər

Medvedev: Qoca Bayden huşsuzluqdan dünya müharibəsi başlada bilər

ABŞ prezidenti Co Bayden huşsuzluq, diqqətsizlik, fikri dağınıqlıq, huşsuzluq səbəbi ilə üçüncü dünya müharibəsini başlada bilər.

Az.rasthaber.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Təhükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Qoca kişi olan Bayden sanki ikinci müddətə hazırlaşırdı. (O,) birinci müddətdə nə ilə ad çıxarıb: adları, tarixləri unudur və öz şəxsi ofisində itir. Şəxsi evinin qarajında gzli sənədlər saxlayır; sıravi amerikalılara məlum olmayan dağılan ölkəyə (Ukrayna – red.) 100 milyarddan çox pul xərcləyib“, – deyə o qeyd edib və əlavə edib ki, bunun da fonunda Bayden ABŞ-ın bütün iqtisadi problemlərini Rusiyanın üstünə yıxır.

Medvedev sonda əlavə edib ki, Bayden üçün “proqressiv demensiya (ağılsızlıq)” ikinci müddətə ABŞ prezidenti postuna seçilmək məsələsində “maneə deyil“.

Xəbəri paylaş

VİDEOLAR