Mədənçi bir gecəyə milyonçu oldu

Mədənçi bir gecəyə milyonçu oldu

Tanzanit daşları yalnız Tanzaniyanın şimalında tapılır və onlardan bəzək hazırlamaq üçün istifadə olunur.

Rasthaber Azərbaycan xəbər verir ki, Tanzaniyada bir kiçik mədənçi iki nahamar Tanzanit daşını satdıqdan sonra bir gecədə milyonçuya çevrilib.

Saniniu Laizer adlı mədənçi birlikdə çəkisi 15 kiloqram olan daşlar üçün ölkənin mədənçilik nazirliyindən 3,4 milyon dollar alıb.

30-dan çox uşağın atası olan Saniniu Laizer BBC-yə deyib ki, "sabah böyük bir ziyafət olacaq."

Tanzanit daşları yalnız Tanzaniyanın şimalında tapılır və onlardan bəzək hazırlamaq üçün istifadə olunur.

Bu daş Yerdəki ən nadir daşlardan sayılır. Yerli geoloqlar hesab edir ki, gələcək 20 il ərzində bu daşın tədarükü tamamilə tükənə bilər.

Xəbəri paylaş

VİDEOLAR