Mədinə dünyanın ən sağlam şəhəri seçildi

Mədinə dünyanın ən sağlam şəhəri seçildi

Müsəlmanların müqəddəs Mədinə şəhəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərtib etdiyi dünyanın ən sağlam şəhərləri siyahısına daxil edilib.

 Rasthaber Azərbaycan xəbər verir ki, 2 milyon əhalisi olan Mədinə ÜST-ün “Sağlam şəhərlər” proqramı çərçivəsində qeyd olunan ilk belə şəhər olub.

ÜST-ün rəyinə əsasən, “sağlam şəhər – fiziki və sosial mühit yaradan və onu yaxşılaşdıran, insanlara bütün həyati funksiyalarının yerinə yetirilməsində və öz maksimal potensiallarının ortaya qoyulmasında qarşılıqlı olaraq bir-birlərinə dəstək verməyə imkan yaradan resurslraı genişləndirən şəhərdir”.

Məhz bu tələblərə cavab verdiyi üçün ÜST Mədinənin lehinə seçim edib.

Xəbəri paylaş

VİDEOLAR