Mavritaniyanın 200 İslam alimi İsraillə münasibətlərin normallaşmasını pisləyən fətva imzalayıb.
Rasthaber Azərbaycan-nın “Al Maydeen”ə istinadla verdiyi xəbərə görə, sənəddə deyilir ki, ərəb ölkələrinin İsraillə münasibətlərini yaxşılaşdırması “Fələstinin işğalı, qətllər və dağıntılara görə məsul olan sionistləri” dəstəkləmək anlamına gəlir.
“Fələstin torpağını ələ keçirən və Qüdslə ətrafını işğal edənlə sülh danışıqlarını İslam və müsəlmanların düşməni ilə ittifaq kimi dəyərləndirmək olar”, – ruhanilər bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl KİV-də Mavritaniya hökumətinin də İsraillə münasibətlərin normallaşmasına dair saziş imzalayacağı barədə məlumat yer almışdı.
Maraqlıdır ki, 1999-cu ildə iki ölkə arasında qurulan diplomatik əlaqələr 2009-cu ildə məhz Mavritaniya tərəfinin təşəbbüsü ilə kəsilmişdi. Hazırda BƏƏ, Bəhreyn, Sudan və Mərakeş İsraillə sülh sazişləri imzalayıblar.