Mason məbədi məscidə çevrilir - BRİTANİYADA

Mason məbədi məscidə çevrilir - BRİTANİYADA

Böyük Britaniyanın Harroqeyt şəhərinin müsəlman icması gələcək məscid üçün mason məbədi alıb.

Az.rasthaber.com "Sirat.az"a istinadən xəbər verir ki, dini icma illərdir, məscid üçün uyğun məkan axtarıb və nəhayət, bir milyon AZN-dən çox məbləğ (500.000 funt sterlinq) qarşılığında keçmiş mason məbədini alıblar.

Onun yeri sadəcə fantastikdir. Biz onun tarixi əhəmiyyətini bilirik və binanı təmir edərkən diqqətli olacağıq. Biz onun üzərinə minarə qoymayacağıq”, - deyə İslam Dərnəyinin sözçüsü bildirib.

Mason Zalı kimi istifadə edilməzdən əvvəl bu məkan 1873-cü ildən 1883-cü ilə qədər şəhərin ikinci xəstəxanası idi. 1939-cu ildə İkinci Dünya Müharibəsinin başlaması ilə yerli daxili mühafizəçilər binadan sosial klub kimi istifadə edilib.

Xəbəri paylaş

VİDEOLAR