Martın 21-dən ADY Ukrayna ilə dəmir yolu əlaqəsini dayandırır

Martın 21-dən ADY Ukrayna ilə dəmir yolu əlaqəsini dayandırır

Martın 21-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Kiyev-Bakı sərnişin qatarının hərəkətini müvəqqəti dayandırır.

Martın 21-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Kiyev-Bakı sərnişin qatarının hərəkətini müvəqqəti dayandırır. Bu barədə ADY-dən məlumat verilir.

“Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb. Bununla əlaqədar, Bakıdan martın 21-dən369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır”, - ADY-dən qeyd olunur.

Məlumata əsasən, Bakıdan martın 14-dəyola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq. 

İnterfaks

Xəbəri paylaş

VİDEOLAR