Marneulidə yenə etiraz aksiyası keçirildi

Marneulidə yenə etiraz aksiyası keçirildi

Marneuli rayonunun, Aşağı Saral kənd sakinləri etiraz aksiyası keçirib

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, aksiya dünən keçirilib və kənd sakinləri kələm məhsullarını sata bilmədikləri üçün şikayətləniblər.

Sakinlər bildirib ki, hər gün, distirbütor maşını məhsul almaq üçün, kəndə gəlsə də bu yetərli olmur. Aksiyada iştirak edən kənd sakinləri qarşıdakı günlər ərzində 60 tonadək məshul çıxarmağı planladıqlarını bildiriblər.

Sakinlər bu qədər məhsulun çıxacağı təqdirdə necə satacaqlarından narahat olduqlarını bildiriblər.

Yerli Bələdiyyə nümayəndələri, həmçinin Marneuli meri, Zaur Darğallı, Aşağı Saral kəndinə gedərək,  məhsulları almaq üçün daha çox maşın göndəriləcəyini bildirib.

Qeyd edək ki, son günlər Marneuli və bu rayona bağlı kəndlərdə ara-sıra aksiyalar keçirilir.

Xəbəri paylaş

VİDEOLAR