Marneuli və Tbilisi şəhərlərini birləşdirən avtomobil yolunda narkobaron tutuldu

Marneuli və Tbilisi şəhərlərini birləşdirən avtomobil yolunda narkobaron tutuldu

Ondan axtarış zamanı 2 kq-dək heroin aşkar edilib.

Rasthaber Azərbaycan Sputnik-Georgia-ya istinadən xəbər verir ki,  Gürcüstanın Kvemo-Kartli regionunda polis tərəfindən 56 yaşlı kişi saxlanılıb.

Gürcüstan DİN-in məlumatına görə, axtarış zamanı 2 kq-dək heroin aşkar edilib.

O, Tetritskaro rayonu ərazisindəki Marneuli və Tbilisi şəhərlərini birləşdirən avtomobil yolunda tutulub. Kişi şəxsi mikroavtobusu ilə hərəkət edirdi. Narkotik maddələr həmin nəqliyyat vasitəsindən, həmçinin onun evindən müsadirə edilib.

Məsələ ilə bağlı cinayət işi başladılıb. Tutulan şəxs 8 ildən 20 ilədək və ya həmişəlik azadlıqdan məhrum edilə bilər.

Xəbəri paylaş

VİDEOLAR