Marneuli və Bolnisidə sərt karantin elan olundu: Giriş-çıxış bağlandı

Marneuli və Bolnisidə sərt karantin elan olundu: Giriş-çıxış bağlandı

Marneuli və Bolnisi rayonları sərt karantin bölgəsi elan edilərək, bütün girişlər bağlanıb.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, hal-hazırda Goda-Marneuli istiqamətində girişlərdə polis maşınları dayanıb.

Rayonda dezinfeksiya işlər həyata keçirilir, həmçinin insanların temperaturları ölçülür.

Marneulinin digər girəcəyində də patrul polisi yerləşdirilib, rayonda hərəkət ciddi nəzarət altında saxlanılır. Rayonda həmçinin hərbi texnika, çadır və xüsusi avadanlığın olduğu nəqliyyat vasitələri də səfərbər edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Marneulidə karantin rejimində ictimai asayiş qorunacaq. Müdafiə Nazirliyi də rayonda qabaqlayıcı tədbirlərə cəlb olunub, Marneuli və Bolnisidə xüsusi yoxlama məntəqələri yaradılıb.

Xəbəri paylaş

VİDEOLAR