"Facebook"un ("Meta Platforms"un törəmə şirkəti) qurucusu Mark Zukerberqin sərvəti ötən gün 29 mlrd. ABŞ dolları məbləğində azalıb.
Az.rasthaber.com APA-ya istinadən verdiyi məlumata görə, "Meta Platforms"un səhmlərinin 26% ucuzlaşması (ABŞ şirkətləri tarixində bazar dəyərinin ən böyük günlük azalma) şirkətin bazar kapitalizasiyasını 200 mlrd. dollar azaldıb və Mark Zukerberqin sərvətindən 29 mlrd. silib. "Forbes"a görə, hazırda M. Zukerberqin sərvəti 84,9 mlrd. dollara bərabərdir.
"Amazon" korporasiyasının rəhbəri Ceff Bezos isə əksinə, "Amazon"un ötən ilin IV rübündə xalis mənfəətinin iki dəfə artaraq 14,3 mlrd. dollara çatması fonunda sərvətini ötən il 57% artırıb və 177 mlrd. dollara çatdırıb. Hazırda Bezosun sərvəti bir qədər azalaraq 164,8 mlrd. dollara enib.