Mariupoldan 200 mindən çox sakin təxliyyə ediləcək

Mariupoldan 200 mindən çox sakin təxliyyə ediləcək

Ukraynanın Mariupol şəhərindən açılan humanitar dəhliz vasitəsilə 200 mindən çox sakin, Volnovaxadan isə 15 min sakin təxliyə olunacaq.

Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini, nəzarətdə olmayan ərazilərin reinteqrasiyası məsələləri naziri İrina Vereşşukl deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi adıçəkilən ərazilərdən sakinlərin çıxaırlması üçün humanitar dəhlizin açılacağını bildirmişdi. Hazırda təxliyə prosesinin davam etdiyi deyilir.

Rusiya tərəfi, həmçinin Ukraynada sükut rejiminin elan olunduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR