İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əlaqələrini davam etdirir və MAQATE-dən bir nümayəndə heyəti İrana səfər edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.
Kenani bəyan edib ki, İran nümayəndə heyəti Vyanaya səfər edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri ilə görüşüb:
"İran müdafiə məsələlərini həll etmək üçün konstruktiv ünsiyyətini davam etdirir. Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətinin İrana səfəri və danışıqları davam etdirməsi razılaşdırılıb".
Kənani Avropa Birliyinin İrana qarşı sanksiya qərarına toxunaraq deyib:
"Təəssüf ki, biz Avropa ölkələrinin tələsik və qeyri-konstruktiv yanaşmalarının şahidi oluruq.
MAQATE ilə texniki danışıqlar zamanı, həmçinin MAQATE nümayəndə heyətinin Tehrana səfəri zamanı Aİ-nin belə hərəkətlərinin şahidi oluruq.
Biz Avropa tərəflərini diplomatiyaya dəvət edirik".
İnqilab Keşikçiləri Ordusunun bu gün Şimali İraqdakı terror yuvalarını pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurduğunu açıqlayan Kənani, "Əməliyyatlarımız terror təhdidləri və terror təşkilatları məhv edilənə qədər davam edəcək", - deyə bildirib.