Terror qruplaşmalarını Ansonqo bölgəsindəki 4 kəndə silahlı hücum etmişdilər
Rasthaber Azərbaycan xəbər verir ki, Malidə Niger ilə sərhədin yaxınlığında eyni zamanda törədilən silsilə terror aktları səbəbi ilə 3 günlük matəm elan edilib.
Malinin müvəqqəti prezidenti Assimi Qoita terror hücumlarını qəti şəkildə pisləyib və regionda anti-terror əməliyyatının başladıldığını elan edib.
O deyib ki, Mali xalqı terrorçuluqlar mübarizədə daha çox qətiyyət göstərməlidir.
Xatırladaq ki, terror qruplaşmalarını Ansonqo bölgəsindəki 4 kəndə silahlı hücum ediblər. Nəticədə 48 dinc sakin qətlə yetirilib.
Qeyd edək ki, Burkina-Faso, Mali və Niger son illər “əl-Qaidə” və İŞİD terror təşkilatlarının hücumlarını məruz qalır.