Malayziyada Fələstinə dəstək nümayişi keçirilib

Malayziyada Fələstinə dəstək nümayişi keçirilib

Minlərlə malayziyalı ölkə paytaxtının əsas meydanına toplaşaraq, Fələstin xalqına dəstək verib və sionist rejimin Qəzza zolağında törətdiyi qətliamları pisləyib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Qəzzaya hücumları davam edərkən, dünyanın hər yerində Fələstinə dəstək nümayişləri keçirilir.

Əl-Cəzirə kanalının məlumatına görə, Malayziyada minlərlə insan ölkənin paytaxtı Kuala-Lumpurun əsas meydanına toplaşaraq etiraz aksiyası keçirib.

Malayziya xalqı “Azad Fələstin” və “Fələstin xalqı heç vaxt tək olmayacaq” şüarları ilə Qəzza zolağında Fələstin xalqına dəstək olduqlarını bəyan edib.

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İşğalçı sionist rejimin oktyabrın 7-dən Qəzzəyə qarşı həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 4385 nəfər şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR