Malayziya hökumətinin yüksək vəzifəli rəsmiləri İranla hərtərəfli əlaqələri inkişaf etdirməyə və islamofobiyaya qarşı birgə mübarizə aparmağa çalışdıqlarını açıqlayıblar.
Az.rasthaber.com xəbər verir ki, Malayziyanın baş naziri Ənvər İbrahim öz Facebook hesabında etdiyi paylaşımda İran prezidenti Seyid İbrahim Rəisi ilə etdiyi telefon danışığına istinad edərək, Tehranla ikitərəfli əlaqələrin artırılacağını açıqlayıb.
Ənvər İbrahim iki ölkə arasında əməkdaşlığın artırılmasını araşdırmaq üçün ortaq iqtisadi komissiya iclasının keçirilməsi barədə razılığa gəldiklərini bildirib.