Maksim Şevçenko İsraili qınadı

Maksim Şevçenko İsraili qınadı

O bu barədə özünün “Telegram” kanalında yazıb.

Rasthaber Azərbaycan “IslamNews”a istinadən xəbər verir ki, rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko son hadisələrin fonunda ərəblərə qarşı etnik təmizləmə ilə məşğul olan yəhudilərin hərəkətlərini sərt və kəskin şəkildə pisləyib.

Şevçenko bu barədə özünün “Telegram” kanalında yazıb.

Qeyd edək ki, daha öncə yayılan videolardan birində yəhudilərdən ibarət dəstənin fələstinli şəxsə qarşı vəhşicəsinə hücumunun görüntüləri yayılıb. Vəhşi kütlə fələstinlinin başına və bütün bədəninə çox sayda zərbələr endirib. Bəzi məlumatlara görə, həmin fələstinli dünyasını dəyişərək şəhid olub.

“"Sülhpərvər və demokratik" israillilər fələstinli olduğu üçün avtobus sürücüsü üzərində “Linç məhkəməsi” bərqərar edirlər”, – deyə Şevçenko qeyd edib.

O, bu, görüntüləri “iyrənc” adlandırıb.

“(Gördüyümüz kimi!) Onlar özlərinə insanları sırf “səhv din və qandan” olduqları üçün təqib etmək və öldürməyə icazə verirlər”, – deyə jurnalist bildirib.

Xəbəri paylaş

VİDEOLAR