Makron: Etirazçıların ailələrini cərimələmək lazımdır...

Makron: Etirazçıların ailələrini cərimələmək lazımdır...

17 yaşlı gəncin polislər tərəfindən qətlə yetirilməsindən sonra Fransanı bürüyən kütləvi etiraz aksiyalarında iştirak edən gənclərin ailələrinə qarşı maliyyə cəzaları tətbiq edilə bilər.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Onların pul kisələrinə toxunmaq lazımdır, onlar yalnız bu üsulla anlayırlar. Törədilən iğtişaşlara cavabın maliyyə sanksiyaları tətbiq etmək lazımdır“, – deyə o qeyd edib.

Xatırladaq ki, etirazlar zamanı indiyədək 3 486 nəfər tutulub.

Etirazçılar 1 105 bina, 12 202 nöqtə və 5 892 avtomobili yandırıblar.

Ölkədə 269 polis bölməsi və jandarmeriya hücumlara məruz qalıb, 808 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.

Bir daha qeyd edək ki, Fransadakı külətiv etirazlara səbəb Paris yaxınlığında polis tərəfindən 17 yaşlı Noel M.-in qətlə yetirilməsidir.

Fransa polisinin açıqlamasına görə, avtomobil sükanı arxasında olan Noel qanunların pozuntusuna görə polis patrulu tərəfindən saxlanılıb və polisə tabe olmadığı üçün güllələnərək öldürülüb.

Xəbəri paylaş

VİDEOLAR