Mahmud Vaezi: Müzakirələr və siyasi həll Qarabağ böhranına son qoya bilər

Mahmud Vaezi: Müzakirələr və siyasi həll Qarabağ böhranına son qoya bilər

“Müzakirələr və siyasi həll yolu uzun zamandır davam edən Qarabağ böhranına son qoya bilər”.

Rasthaber Azərbaycan  APA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi bildirib.

Müharibənin sona çatmasına görə sevindiyini bildirən M. Vaezi, əldə olunmuş atəşkəsin icra olunacağına ümi edir: “İran  Rusiyanın vasitəçiliyi ilə Azərabycan və Ermənistan arasında əldə olunan atəşkəs əldə olunmasını alqışlayır”.

M.Vaezi hesab edir ki, münaqişə tərəfləri beynəlxalq qayadalar, ölkələrin ərazi bütövlüyü və vətəndaşların hüquqlarına sadiq qalacağı təqdirdə, müzakirə və siyasi həll yolu bu böhrana son qoya bilər.

Xəbəri paylaş

VİDEOLAR