Mahmud Abbas və Məhəmməd bin Salman Fələstin məsələsini müzakirə ediblər

Mahmud Abbas və Məhəmməd bin Salman Fələstin məsələsini müzakirə ediblər

Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Fələstin məsələsini müzakirə edib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində səfərdə olan Mahmud Abbas Məhəmməd bin Salmanla görüşüb.

Görüşdə Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx, Kəşfiyyat İdarəsinin rəhbəri Məcid Fərəc və dövlət başçısının diplomatik məsələlər üzrə müşaviri Məcdi əl-Xalidi də iştirak ediblər.
Görüşdə həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan, milli təhlükəsizlik katibinin müşaviri Musaid bin Məhəmməd əl-Ayban və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Xalid əl-Xumeydan da iştirak ediblər.

Mahmud Abbas  görüş zamanı Fələstin məsələsi və Fələstin torpaqlarının vəziyyəti ilə bağlı Məhəmməd bin Salmana məlumat verib.
Səudiyyə Ərəbistanının Fələstin davasında aktiv və mühüm rol oynadığını ifadə edən Mahmud Abbas bu mənada Fələstin xalqının davasına dəstək olduğunu bildirib.
Mahmud Abbas vurğulayıb ki, Fələstin xalqı paytaxtı Qüds olan müstəqil, azad və qanuni Fələstin dövlətinin qurulmasına nail olmalıdır.

Xəbəri paylaş

VİDEOLAR