Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas sionist rejim və ABŞ işğalını sərt şəkildə tənqid edib.
Az.rasthaber.com xəbər verir ki, Mahmud Abbas deyib:
"İsrail müstəqillik gününü qeyd etdi dedikdə, hansı ölkədən müstəqillik qazandığını deməliyik? İsraili işğal edənlər onun işğaldan azad olunmasının ildönümünü qeyd edir. Sionist rejimin müstəqilliyi böyük yalandır, Fələstini işğal edən Amerikadır.
Bir neçə gün əvvəl qonşularınızın (sionistlərin) qadınlara qarşı necə müharibəyə başladığını gördünüz. Çünki o qadını natəmiz görürlər və nümayişlərdə kişinin yanında gəzməməlidir.
Bir neçə gün əvvəl sionist rejim Təl-Əvivdə böyük toqquşmaların şahidi olub. Təl-Əvivin mərkəzində Kəffarə Günü (Yom Kippur) mərasimləri zamanı qarşıdurma baş verib. Bu mərasimlər zamanı dini ekstremist qruplar şəhərin meydan və küçələrində qadın və kişiləri ayırmağa cəhd ediblər".
Mahmud Abbas istehza ilə sionistlərə deyib:
“Qadınlar Fələstində elmi tərəqqidə mühüm paya nail olublar və bizim qadınlara münasibətimiz sionistlərin rəftarı ilə müqayisə olunmazdır”.