Yair Lapid telefonla Mahmud Abbasla danışıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin baş naziri Beni Qantsla Mahmud Abbas arasında baş tutan görüşdən bir gün sonra Fələstin Muxtariyyətinin rəhbəri ilə Yair Lapid arasında da telefon danışığı olub.
Yair Lapid bu gün axşam "Twitter"dəki rəsmi hesabında yeni paylaşım edərək, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla telefonla əlaqə saxladığını və onu Qurban bayramı münasibətilə təbrik etdiyini deyib.
Mahmud Abbas da öz növbəsində Yair Lapidi vəzifəyə başlaması münasibətilə təbrik edib və iki tərəf arasında ABŞ prezidenti Co Baydenin səfərinə hazırlıq çərçivəsində əməkdaşlığın davam etdirilməsi, sabitliyin və əmin-amanlığın təmin edilməsinin zəruriliyi və iki tərəf arasında təhlükəsizlik koordinasiyası məsələsi müzakirə edilib.