Maduro: Venesuela tək deyil və yanında duran şücaətli dostları var

Maduro: Venesuela tək deyil və yanında duran şücaətli dostları var

Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olmasından danışıb

Rasthaber Azərbaycan İran mediasına istinadən istinadən xəbər verir, Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olması prezidentin komitəsində danışıb.

O İranla bağlı təqdirə layiq fikirlər səsləndirərək deyib:  "Venesuela tək deyil və yanında duran şücaətli dostları var."

Maduro koronavirusla mübarizə üzrə Venesuela prezident komitəsinin üzvlərilə görüşdə vurğulayıb ki, İran və Venesuela sülh istəyirlər.

"İki ölkənin azad sularda azad ticarətə haqqı çatır.", -deyə o əlavə edib.

Venesuela prezidenti həmçinin tvitterdə də ölkəsinə benzin göndərdiyinəj görə İrana təşəkkür edib. 

O, İranın "Fortune" tankerinin təsvirini yayaraq yazıb: "Ramazan ayının başa çatması bizə "Fortune" tankerini müjdə gətirdi."

"İmperialist ölkələrin zorla öz hökmlərini qəbul etdirmək istədikləri yerdə yalnız qardaşlıq xalqları xilas edə bilər.", -deyə Maduro qeyd edib.

İrandan yanacaq daşıyan "Fortune" adlı ilk tanker Venesuela sahillərinə çatıb.

Xəbəri paylaş

VİDEOLAR