Madaqaskar prezidentini öldürmək istəyənlər yaxalandılar

Madaqaskar prezidentini öldürmək istəyənlər yaxalandılar

Bu barədə ölkə prokurorluğundan məlumat verilib.

Rasthaber Azəbaycan xəbər verir ki, Madaqaskarda bir neçə məmur və prezident Andri Radzuelinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 Fransa vətəndaşı saxlanılıb.

Bu barədə ölkə prokurorluğundan məlumat verilib.

Tutulanlar Filipp Fransua və Pol Rafanoxaranadır.

Apellyasiya məhkəməsinin baş prokuroru qeyd edib ki, saxlanılanlara qarşı dövlət təhlükəsizliyinə təhdid yaratmaq ittihamı irəli sürülüb.

Əlavə məlumat verilməyib.

Xatırladaq ki, 20 iyulda naməlum şəxslər Malinin müvəqqəti prezidenti Assimi Qoitaya məsciddə olarkən bıçaqlı hücum ediblər.

Həmçinin bir müddət öncə Haiti prezidenti də sui-qəsd nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, hər üç ölkə bir zamanlar Fransa müstəmləkələri olub.

Xəbəri paylaş

VİDEOLAR