Macarıstanın paytaxtı Budapeştdə İŞİD terror təşkilatının üzvünün ələ keçirildiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Budapeşt Baş Prokurorluğunun verdiyi açıqlamada, beynəlxalq həbs qərarı olan İŞİD üzvünün həbs edildiyi bildirilib.
Açıqlamada, Suriyada İŞİD-ə qoşulduğu və terror aktlarında iştirak etdiyi bildirilən şəxsin Tacikistana ekstradisiya prosesinin araşdırıldığı qeyd edilib.