Macarıstan: Ukrayna müharibəsində uduzan tərəf Avropa olacaq

Macarıstan: Ukrayna müharibəsində uduzan tərəf Avropa olacaq

Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə son qoymaq və rəsmi Moskva ilə Ukraynada atəşkəsə dair danışıqlara başlamaq lazımdır.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaj Orban bəyan edib.

Ən sonda Avropa iqtisadi problemlərə görə bu müharibədə uduzan tərəf olacaq. Bizim məsləhətimiz budur ki, biz sanksiyalar (tətbiqi) prosesini dayandırmalıyıq. <…> Biz hazırda müşahidə edirik ki, nə qədər çox sanksiya tətbiq ediriksə, biz bir o qədər pis vəziyyətə düşürük. <…> Odur ki, danışıqlar, atəşkəs və sülh diplomatiyası barədə danışıqlar haqda düşünməyin zamanı gəlib çatıb. Bizim qərarımız bu cürdür“, – deyə o qeyd edib.

Orban həmçinin bildirib ki, sanksiyalar Rusiyaya ciddi zərbə endirmək və Ukraynadakı münaqişəni dayandırmaq baxımından effektiv olmadı.

Xəbəri paylaş

VİDEOLAR