Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya Litvaya gedib

Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya Litvaya gedib

Litvanın xarici işlər naziri Linas Linkevicius Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın Litvada "təhlükəsizlikdə" olduğunu bildirib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Linas Linkevicius LRT radiostansiyasının efirində deyib ki, Svetlana Tixanovskayanı Belarusda yeddi saat saxlayıblar.

O bunun səbəblərinin hələ ki, məlum olmadığını, təfərrüfatları gözlədiklərini deyib.

Bundan əvvəl Svetlana Tixanovskayanın Mərkəzi Seçki Komissiyasının binasına daxil olduğu və ondan saatlarla xəbər alınmadığı deyilirdi. Onun vəkili inandırırdı ki, o, özü MSK-nı tərk edərək nəqliyyat vasitəsinə əyləşərək gedib.

Svetlana Tixanovskaya baş verə biləcək təxribatlara görə etiraz nümayişlərində iştirak etməyəcəyini bildirmişdi.

Müxalifət namizədi MSK-ya səslərin yenidən sayılması barədə şikayət ərizəsi verib.

Daha sonra Svetlana Tixanovskayanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Bazar ertəsi günü Belarus prezidentliyinə namizəd özünü qalib hesab etdiyini və ölkəni tərk etmək niyətində olmadığını açıqlamışdı.

ABŞ prezidentliyinə namizəd Joe Biden Belarusda prezident seçkilərindən sonra baş verənlərə münasibət bildirib.

Joe Biden Belarus xalqının "səsinin eşidilməsini" tələb etdiyini deyib.

"Demokratiya vətəndaşların liderlərini seçmək və ölkələrinin gələcəyində söz sahibi olmaq haqqındakı sadə bir anlayış üzərində qurulur. Prezident Aleksandr Lukaşenkonun avtoritar rejimi dövründə son 26 ildə sistematik repressiyalardan sonra Belarus xalqı səsinin eşidilməsini tələb edir", - Joe Biden bəyənatında qeyd edib.

Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq paytaxt Minskdə və digər şəhərlərdə nümayişlər keçirilir.

Nümayişlərdə çoxsaylı zorakılıq hallarının baş verdiyi xəbər verilir.

Jurnalistlər bildirirlər ki, etirazçılarla milis arasında qarşıdurma halları baş verib. Minskin Kalvariyskaya küçəsində bugünkü gün ərzində işıq-səs effektli ilk qumbara partladılıb. Qadın jurnalist ayağından yaralanıb.

Paytaxtın mərkəzindəki "Minsk - Qəhrəman şəhər" stellasının ətrafına saxlanılanların daşınması üçün nəzərdə tutulmuş polis avtobusları gətirilib, bir çox küçələr polis tərəfindən bağlanıb.

Ria Novosti agentliyinin məlumatına görə, artıq üç nəfər həbs edilib. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Xəbəri paylaş

VİDEOLAR