Lukaşenko: Rusiya bizdən belə bir şey tələb etməyib

Lukaşenko: Rusiya bizdən belə bir şey tələb etməyib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsində iştirak etmək istəmədiyini bildirib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, o, Belarus Ordusunun hərbi əməliyyatlarda gələcəkdə də iştirak etməyəcəyini əlavə edib.

“Bundan əlavə, Rusiya rəhbərliyi hərbi əməliyyatlarda iştirak etməklə bağlı qarşımıza tələb qoymayıb. Biz gələcəkdə də Ukraynadakı xüsusi əməliyyatda iştirak etməyi düşünmürük. Belə bir ehtiyac yoxdur”, - o vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR