Londonda məsciddə müəzzin bıçaqlandı

Londonda məsciddə müəzzin bıçaqlandı

Böyük Britaniyanın paytaxtı Londonda bıcaqlı şəxs məsciddə namaz qılan din xadiminə hücum edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İngiltərə mediasının məlumatına görə  boynundan bıcaqlanan 70 yaşlı şəxs xəstəxanaya çatdırılıb.

Onun həyatı üçün hər hansı təhlükə yoxdur. İnsidenti törədən isə yaxalanıb.

Bıcaqlanan şəxsin məscidin müəzzini olduğu bildirilir. Hücum edənin isə tez-tez məscidi ziyarət etdiyi məlum olub.  Hücumun səbəbi  konkret  olaraq    bilinməzsə  də  Almaniyada 5-i  Türkiyə vətəndaşı  olmaqla   9  nəfərin  həyatını  itirdiyi    terror  aktından  sonra    törədilməsinə  diqqət  çəkilir. 

Xəbəri paylaş

VİDEOLAR