Liz Trass: Britaniya İrana olan gecikmiş borcunu ödəyəcək

Liz Trass: Britaniya İrana olan gecikmiş borcunu ödəyəcək

İran və Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, telefon danışığında Britaniyanın xarici işlər naziri Liz Trass iki ölkə arasında əməkdaşlığın artırılmasından danışıb və qeyd edib ki, ikitərəfli əməkdaşlıqla Britaniya İrana olan gecikmiş borcunu ödəyəcək.

İranın XİN başçısı Hüseyn Əmir Abdullahian İrana qarşı tətbiq olunmuş sanksiyaların Vyanadakı müzakirələrdə ləğv olunacağına ümidvar olduğunu qeyd edib. O bildirib ki, Vyanada aparılan müzakirələrdə müsbət irəliləyiş əldə olunub, nümayəndə heyətləri bu yöndə çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR