Bu barədə Kremldən məlumat verilib.
Az.rasthaber.com RG-a istinadən xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri Soçidə 3-tərəfli danışıqlar keçirəcəklər.
26 noyabrda baş tutacaq görüşün təşəbbüskarı Vladimir Putindir.
Görüş zamanı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar 3-tərəfli razılıqlarının həyata keçirilməsinin gedişatı gözdən keçiriləcək.
Həmçinin regionda sabitliyin möhkəmlədilməsi və dinc həyatın bərqərar edilməsi üçün gələcək addımlar da müzakirə ediləcək.
“Xüsusi diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə ayrılacaq”, - deyə qeyd edilb.