Liviyada sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 6 mini ötüb

Liviyada sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 6 mini ötüb

Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Liviyanın şərqində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artır.

Türkiyə mətbuatının məlumatına görə, Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR