Misirin təşkilatçılığı ilə Liviya üzrə aparılan danışıqlarda bu ilin sonuna təyin edilən prezident seçkilərindən öncə ölkədə yeni Konstitusiya layihəsinin referenduma çıxarılması qərara alınıb.
Rasthaber Azərbaycan “DW”yə istinadla xəbər verir ki, bu razılıq barədə Misirin Xurqada şəhərində keçirilən görüşlərdən sonra bildirilib.
Sazişin detalları, o cümlədən referendumun keçirilmə tarixi və seçkilərə dair yol xəritəsinin tərtibi tərəflər arasında 9-11 fevralda baş tutacaq danışıqlar zamanı dəqiqləşdiriləcək.
Xatırladaq ki, Liviyada prezident seçkiləri dekabrın 24-nə təyin edilib. 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsi ilə vətəndaş müharibəsinə sürüklənən Liviya xalqı üçün bu olduqca önəmli hadisədir.