Liviyada əldə olunan atəşkəsdən əvvəl baş verən qarşıdurmalarda ölənlərin sayının 55-ə yüksəldiyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, dövlətə tabe olan İlkin Yardım və Dəstək Mərkəzi Tripolidə ötən bazar ertəsi başlayan iki günlük qarşıdurmada ölən və yaralananların sayını açıqlayıb.
İlkin Yardım və Dəstək Mərkəzindən verilən açıqlamada qarşıdurmalarda ümumilikdə 55 nəfərin həyatını itirdiyi, 146 nəfərin yaralandığı bildirilib. Eyni mərkəzdən dünən verilən açıqlamada ölənlərin sayının 27, yaralıların sayının isə 106 olduğu bildirilmişdi.
Qeyd edək ki, avqustun 15-də Tripolinin bəzi bölgələrində Prezident Şurasına tabe olan Cinayət və Terrorla Mübarizə İdarəsi “Rada” ilə Liviya Milli Birlik Hökumətinə tabe olan “444 Briqada” arasında toqquşmalar baş verib.
Toqquşmaların səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.