Liviyada fövqəladə vəziyyət elan edilib

Liviyada fövqəladə vəziyyət elan edilib

Liviya paytaxtının mərkəzi ötən gecə və bu gün sübh silahlı qarşıdurmaların şahidi olub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Tripoli ötən gecə Liviyada siyasi cinahları təmsil edən silahlı birləşmələrin qarşıdurmalarının şahidi olub.

Tripoli xəstəxanlarına ölü və yaralılar çatdırılıb.

Bundan sonra paytaxtı nəzarətdə saxlayan “Milli Birlik Hökuməti”nin qüvvələri Tripolinin mərkəzində, xüsusilə də baş nazir Əbdülhəmid Dbeybanın ofisi ətrafında fövqəladə vəziyyət elan ediblər.

Qeyd edək ki, parlamentin (Tubruq şəhəri) dəstəklədiyi və Fəthi Başağanın rəhbərlik etdiyi hökumətin nümyəndələri iki ay öncə paytaxta gələrək, ölkəni burdan idarə etməyə cəhd ediblər. Onlar paytaxta daxil olan zaman atışma baş verib və geri dönməyə məcbur qalıblar. Hazırda Liviyada iki paralel hökumət fərqli əraziləri nəzarətədə saxlayırlar.

Xəbəri paylaş

VİDEOLAR