Liviyada daşqınlar nəticəsində ölən 64 nəfərin cəsədi tapılıb

Liviyada daşqınlar nəticəsində ölən 64 nəfərin cəsədi tapılıb

Liviya Milli Birlik Hökuməti ölkədə sel nəticəsində həyatını itirən daha 64 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, hökumətin Təcili Tibbi Yardım və Dəstək Mərkəzinin sözçüsü Muhammed Kablan mərkəzin sosial media hesabı olan Facebook hesabında açıqlama verib.

Son 48 saatda daha 64, bu gün 28, dünən isə 36 nəfərin cəsədinin tapıldığını bildirən Kablan, seldən zərər çəkmiş bölgələrdə bu gün 371, dünən isə 343 nəfərə sağlamlıq xidmətinin göstərildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR