Liviyada daşqınlar nəticəsində azı 150 nəfər ölüb

Liviyada daşqınlar nəticəsində azı 150 nəfər ölüb

Liviyada "Daniel" qasırğasının yaratdığı daşqınlar nəticəsində azı 150 nəfər ölüb.

Az.rasthaber.com APA-ya istiandən xəbər verir ki, Liviyadakı Benqazi administrasiyasının sözçüsü Məhəmməd Məsud deyib.

"Daniel" qasırğasının yaratdığı daşqın və leysan yağışları nəticəsində Derna, Cəbəl əl-Əxdar bölgəsi və Əl-Mərc ətraflarında azı 150 nəfər həlak olub", - o bildirib.

Aralıq dənizi bölgəsində tüğyan edən "Daniel" qasırğası son günlər Yunanıstan, Türkiyə və Bolqarıstanda da daşqınlara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR