Sel fəlakətinin baş verdiyi Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb.
Az.rasthaber.com xəbər verir ki, seldən ən çox zərər çəkən Dərnəyə gedən Yunanıstan axtarış-xilasetmə qrupunu daşıyan avtobus qəza keçirib. Qəzada 4-ü Yunanıstan komandasından, 3-ü liviyalı olmaqla 7 nəfər həyatını itirib.
Digər tərəfdən, Liviyada sel fəlakətində ölənlərin sayı ilə bağlı ziddiyyətli açıqlamalar verilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi seldə 11 min 300 nəfərin öldüyünü, 10 mindən çox insanın isə itkin düşdüyünü açıqlayıb.
Lakin Liviya Qızıl Aypara Cəmiyyətinin sözçüsü Tevfik Şükri bu məlumatı təkzib edib. Şükri sel fəlakətində həyatını itirənlərin sayı ilə bağlı dəqiq bir açıqlama verməsə də, rəsmi rəqəmlər sayının 6 minə yaxın olduğunu bildirib.
Mütəxəssislər bölgədə epidemiya riskinə də diqqət kəçirlər.
Liviyada təbii fəlakət nəticəsində itkin düşən minlərlə insanın axtarışları davam edərkən, küçələr də təmizlənir.
Beynəlxalq yardımlar ölkəyə çatmaqda davam edir.
Türkiyedən göndərilən tam təchiz olunmuş 2 təcili tibbi yardım maşını səlahiyyətlilərə çatdırılıb.
Səudiyyə Ərəbistanı və Küveyt də Liviyada daşqınlardan zərər çəkənlərə ərzaq və tibbi yardım daşıyan təyyarə göndərib.
Qeyd edək ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqində öz təsirini göstərən "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviyanın şərq bölgələrində yağıntının miqdarının “son 40 ilin ən yüksək səviyyəsi” olduğu bildirilir.