Liviyada Baş nazirə sui-qəsd cəhdi baş verdi

Liviyada Baş nazirə sui-qəsd cəhdi baş verdi

Liviyanın Baş naziri Əbdülhəmid əl-Dibeybənin avtomobilinə silahlı hücum nəticəsində xəsarət almadığı açıqlanıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Liviya qaynaqlarına əsaslandırılan xəbərdə Dibeybenin maşınına paytaxt Tripolidə silahlı hücum edildiyi, lakin Dibeybenin xəsarət almadığı bildirilib.

Hücum edənlərin qaçdığı və hələlik şəxsiyyətləri ilə bağlı məlumat olmadığı, Liviya Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR