Liviya və sionist rejim nazirlərinin görüşünün ortaya çıxması MOSSAD-ı qəzəbləndirdi

Liviya və sionist rejim nazirlərinin görüşünün ortaya çıxması MOSSAD-ı qəzəbləndirdi

Liviyada sionist rejimin xarici işlər naziri Eli Koen ilə vəzifəsindən uzaqlaşdırılan xarici işlər naziri Necla əl-Menquş arasında görüşün elan edilməsi işğalçı rejimin Xarici İşlər Nazirliyi ilə xarici kəşfiyyat təşkilatı MOSSAD arasında ciddi gərginliyə səbəb olub.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim xəbər agentliyinin (KAN) xəbərində Koen-Menquş görüşünün elanının Liviya işi ilə məşğul olan MOSSAD-ın məxfi heyətinə ciddi ziyan vurduğu bildirilib.

Xəbərdə bildirilib:

"Koen-Menquş görüşü və İsrailin diplomatik əlaqələri olmayan ölkələrlə həssas münasibətləri ilə bağlı MOSSAD ilə İsrail Xarici İşlər Nazirliyi arasında ciddi gərginlik və qarşılıqlı ittihamlar var. Gələcəkdə vəziyyətin necə olacağını hələ ki, heç kim bilmir.".

Xəbəri paylaş

VİDEOLAR