Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmit əd-Dibeybe Fələstin səfirliyinə gedərək Fələstin davasını dəstəklədiyini və sionist rejimlə əlaqələrin qurulmasının əleyhinə olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Liviyanın baş naziri bir neçə nazirlə birlikdə Fələstinin Tripolidəki səfirliyinə gedərək onun hökumətinin sionist rejimlə əlaqələrin normallaşmasına qarşı olduğunu və Liviya rəsmiləri ilə bu rejimin nümayəndələri arasında hər cür ünsiyyətin cinayət olduğunu bəyan edib.
Əbdülhəmid əd-Dibeybe Fələstin səfirliyinə səfəri zamanı Liviyanın Fələstin xalqını və onun hüquqlarını əldə etmək üçün qanuni səylərini tam dəstəklədiyini vurğulayıb və deyib: Liviya Fələstin xalqının sionist rejimin işğalına son qoyulması və paytaxtı Qüds olan müstəqil dövlətin qurulması uğrunda mübarizəsini dəstəkləyir.
Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi də bəyanatında əd-Dibaybanın hərəkətini və mövqeyini yüksək qiymətləndirib.
Xatırladaq ki, Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Necla əl-Menquşu israilli həmkarı Eli Koenlə görüşünə görə vəzifəsindən uzaqlaşdırıb və ona qarşı istintaq başladıb.
Necla el-Menquşa xaricə səyahət qadağası qoyulsa da, Menquşun Türkiyəyə, oradan da Londona qaçdığı iddia edilir.