Liviya İsraillə hər hansı normallaşmanı rədd edib

Liviya İsraillə hər hansı normallaşmanı rədd edib

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe vurğulayıb ki, ölkəsi sionist rejimlə hər cür normallaşmanı rədd edir.

Əbdülhəmid Dibeybe deyib: Biz bir daha təsdiq edirik ki, biz sionist rejimlə hər cür normallaşmanın əleyhinəyik.

Hadisədən siyasi hesablamalar aparan və ölkədə xaosa səbəb olan bəzi partiyaların olduğunu bildirən Dibeyde, xüsusilə ərəb və milli məsələlərdə Liviya xalqının dəyişməz sabitlərinin qorunub saxlanmasının vacibliyini vurğuladı.

Şimali Afrika ölkəsi Liviya İsraili tanımır və Tel-Əvivlə diplomatik əlaqələri yoxdur. Liviya pasportunda belə qeyd var: “İşğal olunmuş Fələstin ərazilərindən (İsrail) başqa bütün ölkələrə gedə bilər”.

Xəbəri paylaş

VİDEOLAR