Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, Berri ABŞ prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hochstein və ABŞ-ın Beyrutdakı səfiri Dorah Şianı paytaxt Beyrutdakı ofisində qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, Nəbih Berri ABŞ nümayəndə heyəti ilə görüşündə sionist rejimdən BMT Təhlükəsizlik Şurasının Livanın cənub sərhədlərinin qorunmasını təmin edən 1701 saylı qətnaməsini pozmağı dayandırmağa çağırıb və Livanın bütün torpaqları üzərində suverenliyini təmin etməkdə qərarlı olduğunu vurğulayıb.