Livandan İsrailə xəbərdarlıq

Livandan İsrailə xəbərdarlıq

Yunanıstan şirkətinə məxsus geoloji kəşfiyyat gəmisinin İsrail tərəfindən münaqişəli yatağın ərazisinə gətirilməsindən sonra Livan tərəfindən xəbərdarlıq edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ölkə prezidenti Mişel Oun bu günkü açıqlamasında İsrailin münaqişəli "Kariş" qaz yatağına kəşfiyyat gəmisinin cəlb edilməsini pisləyib və atılacaq addımların Livan tərəfindən qəbul edilməyəcəyini bildirib.

O qeyd edib ki, mövzu ilə bağlı hələ ki danışıqlar aparılır.

Qeyd edək ki, bundan öncə Hizbullah lideri Həsən Nəsrullah münaqişəli qaz yatağının ərazisində qazıntı işlərin aparılması ilə bağlı xəbərdarlıq etmişdi.

Xəbəri paylaş

VİDEOLAR