Livandan işğal olunmuş ərazilərə 140 raket və PUA atılıb

Livandan işğal olunmuş ərazilərə 140 raket və PUA atılıb

Sionist rejim ordusu Hizbullahın işğal altındakı Fələstin ərazilərinə 140 raket atdığını və PUA-larla hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İsrail ordusu bir bəyanatda bildirib ki, Livan İslami Müqaviməti çərşənbə axşamı İsrail hədəflərinə 140 PUA və raket zərbəsi endirib.

Sionist ordu bundan əvvəl Livanın cənubundakı toqquşmalarda 9308 saylı taborunun komandir müavini mayor Aviram Herifin öldürüldüyünü, həmçinin Qəzza zolağı və Livanın cənubunda 25 əsgərinin yaralandığını etiraf etmişdi.

Xəbəri paylaş

VİDEOLAR