Livanın informasiya naziri Ziyad Mekari Tele Liban dövlət televiziyası ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, yüzlərlə adamın çalışdığı Tele Liban dövlət televiziyası büdcə çatışmazlığı səbəbindən bu gün səhər saatlarından etibarən yayımını dayandırıb.
Xəbərdə Livanın İnformasiya naziri Ziyad Makari televiziyanı bağlamaq qərarına gəldiyi iddia edilib.
Bunun üzərinə Livan naziri Ziyad Mekari Tele Liban-ın bağlanacağı xəbərini təkzib edərək, “Bizim bu televiziya kanalını bağlamaq niyyətimiz yoxdur. Problemləri həll etməyə çalışırıq", - deyə qeyd edib.
“Televiziya işçilərinin tələbləri qiymətləndirilib, maaşları verilib”, - deyə Mekari bildirib.